Biz yaradıcılığın xüsusi bacarıqlara yox, bərabərlik prinsipinə söykənməsinə inanırıq

2017-ci ildə Bakı şəhərində Nigar Sultanova tərəfindən təsis edilmiş “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin hədəfi ustad dərslər, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

1987-ci ildən bəri DanceAbility® metodu hərəkət improvizasiyasını öyrədir.

DanceAbility® metodu iştirakçılar arasında dərin, mənalı ünsiyyətin olmasını asanlaşdırır və bu, əlilliyi olan və olmayan insanlar arasında maneələrin aradan qaldırılmasına gətirib çıxarır.

DanceAbility® metodologiyası təhlükəsiz və qərəzsiz mühit yaradaraq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatik ünsiyyət və münasibət qurmağa imkan verən universal dili öyrədir.

İnklüziv rəqs çox müxtəlif kateqoriyalardan olan insanlara birlikdə yaşaya bilmələri üçün kömək edir.

Foto kredit: Adil Yusifov

Qeyd etmək istərdik ki, 30 ildənartıq“DanceAbility Beynəlxalq” və 2017-ci ildən isə “DanceAbility Azərbaycan” təşkilatları yüz minlərlə insanın həyatına uzunmüddətli təsir göstərərək, müxtəliflik və inklüzivlik meyarlarını yüksək qiymətləndirən bir dünyanın qurulmasında öz töhfəsini verməyə davam edir.

İnklüziv məşqlərdə iştirak üçün qeydiyyatdan keçməyiniz xahiş olunur.
Məşqlərdə iştirak ödənişsizdir.

İnklüziv müəllim hazırlıq proqramları, məktəb və universitetlərdə inklüziv məşqlər, korporativ sektor üçün “team building” ya da interaktiv nümayişlər haqqında məlumat üçün bizimlə əlaqə qurmağınız xahiş olunur.